“Qafqazinfo” xəbər verir ki, 24-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Orxan Məmmədov, Astara rayon sakini Şamxal Şahverdiyev və Ucar rayon sakini İsmayıl Hüseynovu saxlayıblar. İlkin araşdırma zamanı məlum olub ki, onlar sentyabrın 7-də 8-ci kilometr qəsəbəsində şəhər sakini Əlisahib Dünyamalıyev və Şamil Quliyevə basqın edib, bıcaqla hədə-qorxu gələrək, zərərçəkənlərə məxsus 64 manat pul və mobil telefonu qarət ediblər. Nizami RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi qaldırılıb, istintaq gedir.
Ceyhun
Son xəbərlər
Son Xəbərlər