Bakıda cinayətkar qrup saxlanıldı

bakida-cinayetkar-qrup-saxlanildi
Oxunma sayı: 1494

Bakıda bir neçə oğurluq törədən cinayətkar qrup saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ötən il noyabrın 7-də Elnur Səfərova məxsus mağazadan və bu il yanvarın 29-da Fazil Qasımova məxsus köşkdən pul, tütün məmulatı və spirtli içki oğurlanıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Murad Mirzəyev və Vüsal Səmədov tutulublar.

Araşdırma aparılır.

Murad Əhməd