“Qafqazinfo”nun məlumatına görə, “Mühafizə, təhlükəsizlik və xilasetmə mühiti” mövzusunda keçiriləcək 8-ci beynəlxalq sərgidə, beynəlxalq təhlükəsizliyin təmin edilməsi çərçivəsində bu sahədə müasir texnoloji, texniki həllər nümayiş olunacaq.
Tədbir həmçinin dünyada beynəlxalq ticarətin təhlükəsizliyini təmin etmək və terrorizm ilə mübarizə aparmaq üçün bu sahə üzrə hazırlanmış ən son tətbiqlərlə tanış olmaq imkanı yaradacaq.
Sərgi “Təhlükəsizliyin təmin edilməsi üçün texniki vasitələr”, “Mühafizə televiziyası və müşahidə sistemləri”, “Yanğın təhlükəsizliyi. Qəza-xilasetmə texnikası. Əməyin mühafizəsi”, “Məlumatların mühafizəsi. Mikro-prosessorlu “smart” kartlar. İdentifikasiya texnologiyaları. Bank avadanlığı” bölmələri üzrə keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər