Bakıda çox sayda sursat aşkarlandı - Video

bakida-cox-sayda-sursat-askarlandi
Oxunma sayı: 2112

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sursat aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən ərazidə 91 ədəd 7,62 çaplı güllə, 22 ədəd 5,45 çaplı güllə, bir ədəd döyüş tətbiqinə yararlı UZRQM partladıcı, 1 ədəd döyüş tətbiqinə yararlı “BP-M 75” əl qumbarası, 3 ədəd “DM-11” tüstü minası aşkar edilib.

Aşkar edilmiş sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülüb.