Bakıda çoxmərtəbəli binada yanğın - Video + Yenilənib

bakida-coxmertebeli-binada-yangin
Oxunma sayı: 4419

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN yanğınla bağlı növbəti məlumatı yayıb:

“Xəbər verildiyi kimi, bu gün saat 10:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərətəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib. 

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub. 

Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib”.

***

Bakı şəhəri, Xətai rayonunda çoxmərətəbəli yaşayış binasında baş vermiş yanğın zamanı Fövqəladə Hallat Nazirliyinin qüvvələri tərəfindən 15 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 4 nəfər xilas edilib.