Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

bakida-coxmertebeli-yasayis-binasinda-yangin
Oxunma sayı: 4342

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 2 m² olan elektrik otağında 60 ədəd sayğac və 4 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Şaxta boyunca kommunikasiya xətləri və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.