Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII Beynəlxalq Bakı turniri keçiriləcək.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, turnir iyunun 4 və 5-də baş tutacaq.
Turnirdə 10 ölkədən 300 nəfərdən çox idmançı (Azərbaycan, Rusiya, İran, Gürcüstan, Türkmənistan, Qırğızıstan, İsrail, Slovenya, Xorvatiya, Macarıstan) mübarizə aparacaqlar.
Yarış 1999-2001-ci il təvəllüdlü idmançılar arasında aşağıdakı çəki dərəcələri üzrə keçiriləçək.
Son xəbərlər
Son Xəbərlər