Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus “Daewoo” markalı minik avtomobilinin qabaq lövhəsi və mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər