Bakıda daha bir ana doğuş zamanı öldü

bakida-daha-bir-ana-dogus-zamani-oldu
Oxunma sayı: 3329


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün əməliyyata qaldırılıb.

Əməliyyat nəticəsində uşaq ana bətnindən götürülüb. Lakin N. Əliyeva narkozdan ayılmayıb.

3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsindən  faktı təsdiqləyiblər.

Lakin ölümün səbəbləri barədə əlavə açıqlama verilməyib.