Bakıda daha bir avtobus qəzası

bakida-daha-bir-avtobus-qezasi
Oxunma sayı: 635

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonunda “KamAZ” markalı yük avtomobili ilə sərnişin avtobusunun toqquşması barədə nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər yük avtomobilinin sürücüsünə və avtobusda olan 2 nəfər sərnişinə köməklik göstərib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Qəza nəticəsində xəsarət alanların sayı məlum olub. Nərimanov rayon Polis İdarəsindən verlən məlumata görə qəzaya uğrayan 15 saylı xətt avtobusu olub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 2 nəfərin vəziyyəti nisbətən ağır olduğu üçün xəstəxanaya aparılıb. Digər 3 nəfərin isə xəsarətləri yüngün olduğu üçün ilkin tibib yardım göstərilib.