“Bakı”da daha bir maaş böhranı- - Futbolçu üsyan etdi

bakida-daha-bir-maas-bohrani-
Oxunma sayı: 1464


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Bakı”nın serbiyalı yarımmüdafiəçisi Risto Ristoviç deyib.

O bildirib ki, hazırda ölkəsindədir və əgər maaşlar ödənilməsə, Azərbaycana qayıtmayacaq: “Təbii ki, mən də klubumda oynamaq istəyirəm. Amma bu qədər maaşsız qalmaq fikrim yoxdur. Əgər pullar verilməsə, “Bakı”ya geri dönməyəcəm. Nə vaxt maaşlarım ödənilsə, o zaman geri qayıdıb oynamağa davam edəcəm”.

Qeyd edək ki, "Bakı" klubunun prezidenti son zamanlar iflas olması ilə tez-tez gündəmə gələn Hafiz Məmmədovdur.

Elsevər