Bakıda daha bir məktəb əyani tədrisə qayıtdı

bakida-daha-bir-mekteb-eyani-tedrise-qayitdi
Oxunma sayı: 1302

Paytaxtdakı 323 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

“Qafqazinfo” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.