Bakıda daha bir nəfər spirtli içkidən zəhərləndi

bakida-daha-bir-nefer-spirtli-ickiden-zeherlendi
Oxunma sayı: 3377

Azərbaycanda daha bir nəfər spirtli içkidən zəhərlənib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, yanvarın 24-ü saat 19 radələrində Qazaxıstan vətəndaşı, 1980-cı il təvəllüdlü Əzimov Şahmalı Anatoliyeviç Xətai rayonunda yerləşən "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içib və zəhərlənərək Toksikologiya Şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.

Xətai RPİ-də araşdırma aparılır.

Məlumata görə, Ş. Əzimov Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır.

Murad Əhməd