Bakıda daha bir yol çökdü- - Fotolar

bakida-daha-bir-yol-cokdu-
Oxunma sayı: 3296


Bakının Mirəli Qaşqay və Ənvər Qasımzadə küçələrinin kəsişməsində asfalt örtüyü çöküb. Hadisə səhər saatlarında baş verib. Yolun çökdüyü ərazidə problemin aradan qalxması üçün "Azərsu"ASC-nin əməkdaşları cəlb olunub.

Nəsimi rayon Su İdarəsinin baş mühəndisi Hüseyn Ağasıyev qəzanın ilkin səbəbini su borusunun partlamasında görür. Baş mühəndis FaktXəbər-ə bildirdi ki, problem gün ərzində aradan qaldırılacaq.

 Hazırda qəzanın baş verdiyi ərazidə tıxac müşahidə olunur. 

 Qeyd edək ki, ötən gün Bakının Nobel prospektində də asfalt örtüyü çökmüşdü.

faktxeber