Bakıda dəhşət- - 5 yaşlı qızı zorlayıb boğdular

bakida-dehset-
Oxunma sayı: 8876

 

Rayon sakini 5 yaşlı A.Q (ad şərtidir) adlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A.Q-nın boğularaq, qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.

Araşdırmalar zamanı məlumat olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.

İlkin məlumata görə, Y. Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib.Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.