Bakıda dəhşətli hadisə - 28 yaşlı kişi maşınında yandı

bakida-dehsetli-hadise
Oxunma sayı: 4682

Bakı şəhəri, Xətai rayonunda "Chevrolet” markalı minik avtomobilin yol kənarındakı divara çırpılması nəticəsində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğınsöndürənlər və xilasedicilər qəza nəticəsində baş vermiş yanğını söndürüb, deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1988-ci il təvəllüdlü Əhmədov Nicat Mehrab oğlunun yanmış cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.