Bu gün gecə saatlarında metronun "Koroğlu" stansiyasının yaxınlığında, Heydər Əliyev prospektindəki körpüdə intihar hadisəsi qeydə alınıb.Hadisə şahidlərinin minval.az-a verdiyi məlumata görə, bir nəfər 20 yaşlarında bir gənc körpünün dəmir konstruksiyasının üzərinə çıxıb və özünü oradan aşağı ataraq intihar edib.
Minval.az-ın verdiyi son xəbərə görə, intihar edən şəxs xəstəxanaya çatdırılsa da orada onun həyatını xilas etmək mümkün olmayıb.