Bakıda dəhşətli qəza – - 1 ölü, 5 yaralı

bakida-dehsetli-qeza-
Oxunma sayı: 1663


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, avtoqəza Zabrat-Maştağa yolunda qeydə alınıb. Sürücü 20 yaşlı Elsevər Səttarov idarə etdiyi “Kia” markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi ara yoldan əsas yola çıxmaq istəyən 39 yaşlı Rüfət Həşimova məxsus “Honda” markalı avtomaşına çırpılıb. Sükana sahib ola bilməyən sürücü avtomaşını sonradan qarşısında hərəkətdə olan “Opel” və “VAZ-2107” markalı avtomobillərə də vurub. 

Baş vermiş yol qəzasında hər iki avtomobilin sürücüsü və “Honda” markalı avtomaşında olan sərnişinlər Aleftina Axundova, Emil Həşimov, Ömər Həşimov və İradə Axundova ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. 

Xəstəxanadan verilən məlumata görə, ağır xəsarətlər almış Aleftina Axundova reanimasiya şöbəsində dünyasını dəyişib. Digər yaralılara yardım göstərilib və vəziyyətləri kafi olaraq qalır. 

Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi başlanılıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.