Qəza nəticəsində “Jiquli”nin sürücüsü və maşında olan 5 nəfər elə hadisə yerində dünyasını dəyişib. Meyitlər maşından hadisə şahidləri tərəfindən çıxarılıb.
Maşından çıxarılan biri azyaşlı olmaqla 6 gəncin meyiti polislərin müşayiəti ilə morqa göndərilib.
Digər maşının sürücüsü Hafiz Quliyev və onun sərnişin Nizami Gülməmmədov isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onların da həyatları üçün təhlükə qalmaqdadır.
Hadisədən sonra qəza yerinə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olnub. Hadisəni araşdıran müstəntiq Eynur Abdullayevin verdiyi məlumata görə, hələlik hadisə nəticəsinə dünyalarını dəyişənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Qəzanın səbəblərini və ölənlərin adlarını dəqiqləşdirmək istiqamətində başlanan araşdırmalar davam etdirilir.
anspress
Son xəbərlər
Son Xəbərlər