Bakıda dəniz sahilində avtomat tapıldı

bakida-deniz-sahilinde-avtomat-tapildi
Oxunma sayı: 766

Suraxanı rayonunun Hövsan qəsəbəsində odlu silah tapılması barədə polisə məlumat daxil olub.

"Qafqazinfo" xəbər verir ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və 29 ədəd patron aşkarlanaraq götürülüb.

Aşkar olunmuş silah-sursat müvafiq ekspertizaya göndərilib. 

Faktla bağlı araşdırma aparılır.