Bakıda dənizin dibi ilə süni tunel çəkiləcək- Video

bakida-denizin-dibi-ile-suni-tunel-cekilecek-video
Oxunma sayı: 651

“Qafqazinfo”ANSpress-ə istinadən xəbər veri ki, yeraltı tunelin çəkilməsində məqsəd paytaxtın mərkəzində yaranan avtomobil sıxlığının qarşısının alınmasıdır.

6 zolaqdan ibarət olacaq yeraltı tuneldə gediş-gəliş üçün zolaqlar nəzərdə tutulub. Tunelin uzunluğu 4,2 kilometrdən çox olacaq. Bakı körfəzinin iki tərəfini birləşdiricək bu tunel paytaxtda ən uzun avtomobil tuneli olacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin sözlərinə görə, avtomobil sıxlığının qarşısının alınması üçün ilk əvvəl dənizin üzəri ilə körpünün salınacağı fikri olsa da, sonradan bəzi səbəblərdən bu layihə baxılmamış saxlanılıb. Suüstü körpünün çəkiləcəyi təqdirdə Bakı buxtasının görünüşünün itəcəyi və daim küləkli olan Xəzərdə körpüdən avtomobillərin hər an istifadə edə bilməyəcəyi əsas gətirilib. Həmçinin suüstü körpünün tikintisinə daha çox vəsait tələb olunduğundan yeraltı tunelin çəkilməsi ideyası daha məqsədəuyğun hesab edilib.

Cahangir Qocayevin sözlərinə görə, tunelin ən vacib cəhətindən biri ondan ibarətdir ki, bu tunel süni tuneldir, yəni, hansısa dağın içini deşməklə, süxuru oymaqla olmayacaq: “Sadəcə suyun içərisində olacaq və üstü torpaqla örtülücək. Bu tunelin çəkilməsi nəticəsində bulvarın ərazisi də genişlənəcək”.

Yeraltı tunelin 0,9 kilometrlik hissəsi yerin üstünə çıxacaq ki, bu da dəniz limanından Nobel prospekti istiqamətində olacaq. Tunelin 2030-cu ilə qədər reallaşdırılması nəzərədə tutulub.