Bakıda dərman istehsalı müəssisəsi açıldı

Bakıda dərman istehsalı müəssisəsi açıldı
Oxunma sayı: 1816

Bu gün Pirallahı Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm”ın açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və “R-Pharm” Direktorlar Şurasının sədri Aleksey Repik iştirak ediblər.

4,6 hektar ərazidə yerləşən zavodun tikintisinə 2018-ci ildə başlanılıb. Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcək. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi