Martın 27-də Bakı şəhər sakini Aydın Beyişov PB-yə ərizə ilə müraciət edərək bildirib ki, 25.03.2014-cü il tarixdə Ş.Qurbanov küçəsində yerləşən özünə məxsus dəftərxana ləvazimatları mağazasından, orada satıcı işləyən Bakı şəhər sakini Nicat Mikayılov 1 ədəd dəyəri 4609 manat olan qələm və qələm qabını oğurlayıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Nicat Mikayılov tutulub.
Martın 27-də Ü.Hacıbəyov küçəsində yerləşən mağazada, orada işləyən Ceyhun
Məmmədovun mobil telefonu masanın üzərindən oğurlanıb. Səbail RPİ 39-cu PB və PPXB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Şəki rayon sakini Əfqan Göyüşov tutulub. Ondan oğurladığı mobil telefon və 1 qramdan artıq heroin götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, o, martın 22-də Ü.Hacıbəyov küçəsində Azad Məmmədovun evindən, qapının kilidini sındırmaq yolu ilə oğurluğa cəhd edib.
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Ağakişi Hüseynov tutulub.
Martın 21-nə keçən gecə, Bakı şəhər sakini Fəxrəddin Bağırova məxsus Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən dəmir sexindən 34 ədəd (ümumi çəkisi bir ton) mis təbəqə oğurlanıb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Eldəniz Vəliyev tutulub.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Elşən Bədəlov, İbrahim Mirzəyev və Şükran Nəzirov tutulublar.
Yanvarın 23-də I Alatavada yaşayan Qiyasi Ətrafinin evindən açıq pəncərədən keçmək yolu ilə 500 manat, martın 7-nə keçən gecə, Elmar Nuruşova, martın 8-nə keçən gecə, Tərtər rayon sakini Elşən Məhəmmədliyə məxsus, martın 16-na keçən gecə, Xiyabani küçəsində Ruslan Abdullayevə məxsus mağazadan pul, spitli içkilər, tütün məmulatları, martın 18-nə keçən gecə, H.B.Zərdabi küçəsində yaşayan Azad Ağayevə məxsus «Hyundai» markalı avtomobildən, şüşəni sındırmaqla içərisində avtomobilin qeydiyyat şəhadətnaməsi, şəxsi sənədlər, sürücülük və şəxsiyyət vəsiqəsi olan pul kisəsi, martın 21-nə keçən gecə, Tural Abıyevə məxsus aptekdən qapının kilidini sındırmaqla 350 manat oğurlanıb. Yasamal RPİ 29-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Qabil Sadıqov tutulub.