Bakıda dezinfekiya işləri aparılacaq

bakida-dezinfekiya-isleri-aparilacaq
Oxunma sayı: 863

Yanvar ayının 16-sı səhər saatlarından etibarən paytaxtın mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. 

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. 

Qeyd olunub ki, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərin ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmaması tövsiyə olunur.