Bakıda doğulan dördəmin vəziyyəti necədir?

bakida-dogulan-dordemin-veziyyeti-necedir
Oxunma sayı: 3993

Martın 31-də Bakıda doğulan dördəmin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dördəm 1993-cü il təvəllüdlü vətəndaş tərəfindən 31 mart 2023-cü ildə TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində dünyaya gəlib.

“Körpələr doğularkən çəkiləri 1 300, 1 300, 1 400 (oğlanlar) və 1 200 (qız) olub. Onlara zəruri tibbi xidmətlər göstərilib və müalicələri davam etdirilib. Mayın 2-də anaları və körpələri kafi vəziyyətdə evə buraxılıb”, - TƏBİB-dən bildirilib.

Həmçinin oxuyun: Выставка недвижимости Дубая в Баку