“Qafqazinfo”nun ANS TV-yə istinadən məlumatına görə, qana olan ehtiyac isə hər daim artdığından yay aylarında irsi qan xəstəliklərindən əziyyət çəkənlərin problemi 2 qat artmış olur.
Azərbaycan Talassemiya Federasiyasının rəhbəri Nailə Quliyeva deyir ki, donor sayında azlıq olduğu zamanlar qan vermə aksiyalarına çox ehtiyac duyulur. İnsanlar isti aylarda qan verməkdən qorxur. Ancaq əslində qaydalara düzgün əməl edildikdə heç bir problem yaşanmır. Hər bir talassemiya xəstəsinə hər 3 həftədən bir 2 donorun qanı lazım olur. Bu cür xəstələrin sayı isə 1000-dən çoxdur. Belə olan təqdirdə qana olan ehtiyac həmişə ehtiyatdan çox olur. İrsi qan xəstəliklərindən əziyyət çəkənlərin yüksək faizi demək olar ki, uşaqlar və gənclərdir.
Qan Donorları Assosiasiyanın sədri Fuad Əsgərov deyir ki, ehtiyac təkcə qan bankı tərəfindən təmin edilə biləcək qədər deyil: “Bu məqsədlə qan vermənin təhlükəsizliyi barəsində cəmiyyətdə maarifləndirmə işlərinin aparılması böyük əhəmiyyət kəsb edir. Xüsusilə də rayon və kəndlərdə buna diqqət yetirilməlidir”.
İrsi qan xəstəliklərindən əziyyət çəkənlərin iztirabsız yaşaması və müvəqqəti yaranan qan qıtlığını aradan qaldırmaq məqsədilə Mərkəzi Qan Bankı, Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə sabah saat 17:00- dan 22:00-a qədər Park Bulvarın birinci mərtəbəsində könüllü və təmənnasız qanvermə aksiyası keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər