Bakıda dördəm doğuldu - Foto

Bakıda dördəm doğuldu
Oxunma sayı: 3130

Bu gün Bakıda “Leyla Medical Center”də dördəm dünyaya gəlib.

Bu barədə “Qafqazinfo”ya "Referans" Medical Qrupun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Samir Şirvanzadə məlumat verib. O qeyd edib ki, hazırda uşaqların vəziyyəti normaldır: 

“Düşük təhlükəsi olduğuna görə, onların əməliyyatı 33-cü həftədə həyata keçirilib. Körpələr ailənin ilk övladlarıdır. Valideynlərdə sonsuzluq problemi olduğuna görə, uşaqlar süni mayalanma ilə dünyaya gəliblər”.

Şirvanzadənin sözlərinə görə, körpələr 10-15 gündən sonra klinikadan evə buraxılacaqlar. 

Qeyd edək ki, ana - Ülviyyə Sofiyevanın 30, ata - Hüseynbala Sofiyevin isə 32 yaşı var. Hər ikisi Zaqatala rayonundandır. 

Günel Türksoy