Bakıda döyüşə yararlı qumbaralar tapıldı - Video

bakida-doyuse-yararli-qumbaralar-tapildi
Oxunma sayı: 1783

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində partlayış təhlükəli əşyaların aşkar edilməsi barədə məlumat daxil olub.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerindən döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və UZRQM-2 markalı qumbaranın 3 ədəd partladıcısı olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.