Bakıda əcnəbi qadının “iPhone 6”sını oğurlayan şəxs saxlanıldı

bakida-ecnebi-qadinin-iphone-6sini-ogurlayan-sexs-saxlanildi
Oxunma sayı: 2107

Martın 8-də Böyük Britaniya vətəndaşı T.Aleksandranın Səbail rayonu, Nizami küçəsində gödəkçəsinin yan cibindən “iPhone 6” markalı mobil telefonunun cibgirlik yolu ilə oğurlayan şəxs saxlanılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ərazidə xidmət aparan Səbail RPİ Post Patrul Xidməti əməkdaşları tərəfindən oğurluq əməlində şübhəli bilinən 1993-cü il təvəllüdlü, Gəncə şəhərində qeydiyyatda olan Kamran İsmayılov maddi sübutla birlikdə saxlanılaraq Səbail RPİ 39-cu Polis Bölməsinə təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyən olunub ki, o, Türkiyə Respublikasının Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunub. Onun barəsində Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.