Bakıda əcnəbinin 8 min dollarlıq saatı oğurlandı

bakida-ecnebinin-8-min-dollarliq-saati-ogurlandi
Oxunma sayı: 2034

Bakıda əcnəbinin 8 min dollar dəyərində əşyaları oğurlanıb.

‘’Qafqazinfo’’ xəbər verir ki, hadisə iyulun 12-də Səbail rayonu ərazisində baş verib.

Belə ki, xarici vətəndaş polisə müraciət edərək özünə məxsus 8 min ABŞ dolları dəyərində qol saatının, mobil telefon və idman ayaqqabısının oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Həsənov saxlanılıb.