Bakıda əmisigilə gedən 17 yaşlı qız yoxa çıxdı

bakida-emisigile-geden-17-yasli-qiz-yoxa-cixdi
Oxunma sayı: 2179

Bakıda 17 yaşlı qız itkin düşüb.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Yasamal rayon Əkbərov küçəsində yaşayan İkram Müslümov polisə müraciət edərək bildirib ki, qardaşı qızı, 1999-cu il təvəllüdlü Müslümova Səbinə İlyas qızı naməlum şəkildə itkin düşüb. Şikayətçi qeyd edib ki, qardaşı qızı keçən ay onlara qonaq gəlib və iyunun 28-də axşam saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

S.Müslümovanın xarakterik əlamətləri polisə təqdim edilib. Onun tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində iş aparılır.