Bakıda eniş etməli olan Gəncəyə yola düşdü - Yenilənib

bakida-enis-etmeli-olan-genceye-yola-dusdu
Oxunma sayı: 4032

“Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı) - Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Bu barədə “Qafqazinfo”ya AZAL-ın Mətbuat xidmətindən bildirilib.

Buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

***

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı)- Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.