BŞBPİ-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən “Meridian” şadlıq sarayının yaxınlığında baş verib. Hüseynova Vüsalə Vüqar qızı bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı xəsarət yetirildiyi üçün xəstəxanaya yerləşdirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam ödürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, həmin cinayətin törədilməsində şübhəli bilinən S. Quliyev tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər