Bakıda ər arvadını gözəllik salonunda öldürdü

bakida-er-arvadini-gozellik-salonunda-oldurdu
Oxunma sayı: 10830

Bakıda ər arvadını qətlə yetirib.

DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün saat 12:40 radələrində Rəzulzadə qəsəbəsində gözəllik salonlarından birində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Aygün Yusifovanın kəsici-deşici alətlə qətl yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Yusifov polisə gələrək təslim olub. 

Araşdırma aparılır.

***

Binəqədi rayon prokurorluğundan bildirilib ki, rayon ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı İ.Yusifovun şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam etdirilir.