Bakıda ər arvadını öldürdü

bakida-er-arvadini-oldurdu
Oxunma sayı: 1437


"Qafqazinfo" lent.az-a istinadən xəbər verir ki, bu gün saat 03 radələrində Zabrat qəsəbəsinin X.Vəliyev küçəsində 1985-ci il təvəllüdlü Musayev Vüsal Niyazi oğlu həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Zakirə Zakir qızını bıçaqlayaraq qətlə yetirib. 30 yaşlı V.Musayev 29 yaşlı xanımının sinə nayihəsinə 2 ağır xəsarət yetirib. Qadın hadisə yerindəcə keçinib.

Bildirilir ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.