Bakıda bədbəxt hadisə baş verib.
"Qafqazinfo" “Report”-a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib. Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər