Bakıda ərəblərin olduğu lift yerə çırpıldı - Video

bakida-ereblerin-oldugu-lift-yere-cirpildi
Oxunma sayı: 7220

Bakının Fəzail Bayramov 11/56 ünvanındakı yeni yaşayış binasında qəza baş verib.

“Qafqazinfo” Ölkə.az-a istinadən xəbər verir ki, binanın 22-ci mərtəbəsində liftin trosu qırılaraq birinci mərtəbəyə çırpılıb.

Bildirilir ki, bu zaman liftdə beş İraq vətəndaşı və bir nəfər azərbaycanlı olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib.

İnsident nəticəsində iki ərəb xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda ərazidə polis işləyir.