UEFA Avropa liqasının final oyununda İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyununu izləmək üçün Bakıya gələn irlandiyalı turist Horan Philipin itirdiyi şəxsi əşyaları tapılaraq ona qaytarılıb.
"Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən İrlandiya vətəndaşı, 1990-cı il təvəllüdlü Horan Philip naməlum vəziyyətdə əl çantasını unutduğunu bildirib və onun tapılması üçün kömək istəyib.
Dostları ilə dövlət qeydiyyat nişanını unutduğu taksi ilə hərəkət etdiyini bildirən qonaq müraciətində qeyd edib ki, gecə saatlarında Nəsimi rayonu, Xətai prospektində qaldığı otelə gələrkən içərisində “Nikon” fotoaparatı, “İphone” qol saatı və “İphone-X” model mobil telefonu olan əl çantasının üzərində olmadığını aşkar edib. t
Turistin getdiyi bütün ünvanlar araşdırılaraq, itən əşyaların taksidə qaldığı müəyyən olunub. Taksi sürücüsündən həmin əşyalar təhvil alınaraq sahibinə qaytarılması təmin olunub
Son xəbərlər
Son Xəbərlər