Bakıda yaşayış binasında yanğın olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.
Bülbül prospektində yerləşən üçmərtəbəli yaşayış binalarının birində başlayan yanğın yerinə FHN əməkdaşları cəlb olunub.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələ ki məlumat yoxdur.
***
FHN-dən verilən məlumata görə, üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.
Hadisə ilə əlaqədar təhqiqat aparılır.
Son xəbərlər
Son Xəbərlər