Bakıda ev yandı

bakida-ev-yandi-
Oxunma sayı: 709


“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb. 

Yüksək temperaturdan pilləkən qəfəsinin lambirdən ibarət tavanı 15 kv.m sahədə əriyib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.