Bakıda ev yandı

bakida-ev-yandi
Oxunma sayı: 991

Bakıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaq və mətbəxdən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.