Bakıda ev yandı

bakida-ev-yandi
Oxunma sayı: 1110

Bakıda yanğın olub. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.