Bakıda ev yandı - Sahibi xilas edildi

bakida-ev-yandi
Oxunma sayı: 1912

Bakıda yanğın olub.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi xilas olunaraq aidiyyatı üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.