Bakıda ev yandı

bakida-ev-yandi
Oxunma sayı: 1797

Bakıda yaşayış evlərinin birində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.