Bakıda ev yanıb

bakida-ev-yanib
Oxunma sayı: 1307

Bakının Xəzər rayonunda ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin mansardının yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.