Bakıda evdə yanğın - Video+Yenilənib

bakida-evde-yangin
Oxunma sayı: 3547

Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış evində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-in yaydığı məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 m² olan ikiotaqlı mənzildə baş verib.