Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi ünvanında fərdi evdə yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.
Yanğın yerinin kəşfiyyatı zamanı yataq xəstəsi olduğu ehtimal edilən bir nəfərin meyiti aşkar olunub.
***
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılması və bitişik evlərə keçməsinin qarşısı alınıb.


Son xəbərlər
Son Xəbərlər