Bakıda evdən 110 min dollar oğurlandı - Video

bakida-evden-110-min-dollar-ogurlandi
Oxunma sayı: 3421

Bakıda evdən oğurluq edilib.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən 110.000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov və Namik Bayramov müəyyən olunaraq saxlanılıblar”, - DİN-in məlumatında qeyd olunub.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.