Bakıda evdən 20 minlik qızıl oğurlandı

bakida-evden-20-minlik-qizil-ogurlandi
Oxunma sayı: 1362

Bakıda mənzildən külli miqdarda qızıl zinət əşyaları oğurlanıb.

Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, hadisə Nəsimi rayonu, M.Cəlal küçəsində baş verib.

1982-ci il təvəllüdlü Yeganə Səidovanın mənzilinə dəmir barmaqlığın qıfılını açar seçmə yolu ilə açıb evə girən şəxs və ya şəxslər mənzildən 300 manat və 20 min manatlıq qızıl zinət əşyaları oğurlayıblar.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.