Bakıda evdən 40 minlik qol saatı oğurlanıb

bakida-evden-40-minlik-qol-saati-ogurlanib
Oxunma sayı: 3282

Bakıda evdən 40 min manatlıq saat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Zığ qəsəbəsindəki evdən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlamaqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb.

Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.